Teymur Rəcəbov gerilədi, Şəhriyar Məmmədyarov irəlilədi - REYTİNQ

Teymur Rəcəbov gerilədi, Şəhriyar Məmmədyarov irəlilədi - REYTİNQ

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı zəka sahibi 3 pillə irəliləyərək 2738 xalla 15-ci pilləyə yüksəlib.

2 addım geriləyən Teymur Rəcəbov 2698 xalla 33-cü sıraya enib.

Aktivində 2651 xalı olan Rauf Məmmədov 8 pillə geriləyərək 82-ci yerə düşüb.

Reytinqə 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların sıralamasında ən yaxşı göstəriciyə malik Günay Məmmədzadə 5 pillə enişlə 39-cu yerdə (2417 xal ) qərarlaşıb.

1 pillə irəliləyən Gövhər Beydullayeva 2403 xalla 44-cü, 2 pillə yüksələn Ülviyyə Fətəliyeva 2381 xalla 67-ci, 4 pillə irəliləyən Xanım Balacayeva isə 2362 xalla 79-cü olub.

Qadınların reytinqin cədvəlinin lideri 2633 xalla çinli Yufan Hudur.