Dünya çempionatının finalına çıxan ilk yığma komanda müəyyənləşib
İndoneziya, Yaponiya və Filippinin birgə ev sahibliyi ilə təşkil olunmuş basketbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yarımfinalda Kanada yığmasına 95:86 hesabı ilə qalib gələn Serbiya millisi qızıl medallar uğrunda görüşə vəsiqə qazanıb.
Duelin ən məhsuldar basketbolçusu 23 xal, 4 ribaund və 3 asistlə serbiyalıların heyətində Boqdan Boqdanoviç olub.
Serbiya seçməsinin finaldakı rəqibi bu gün keçiriləcək ABŞ - Almaniya oyununun qalibi olacaq.
Final sentyabrın 10-da baş tutacaq.
Basketbol üzrə son dünya çempionu İspaniya millisidir.