Qitə çempionatının mükafat fondu və medalçıların qazancı açıqlandı

Qitə çempionatının mükafat fondu və medalçıların qazancı açıqlandı

Kişilər arasında keçiriləcək şahmat üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb.

Mediasport.az xəbər verir ki, 100 min avroluq turnirdə birinci yerin sahibi 20 min qazanacaq.

Gümüş mükafatçı 15 min, bürünc mükafatçı 7 min avroya yiyələnəcək.

İlk 23 yer də mükafatlandırılacaq. 19-23-cü yerləri tutan iştirakçılar min avro qazanacaqlar.

Avropa çempionatı 7-20 noyabrda Petrovaçda (Çerqoriya) keçiriləcək və dünya çempionatının seçmə mərhələsi olacaq.