U-18-lər arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək
Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.
mediasport.az xəbər verir ki,verilən məlumata görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.
Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixlərində Bakıda baş tutacaq.
U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.