"Sabah"ın baş məşqçisi Belçika klubuna məğlubiyyəti şərh etdi
"Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun 4-cü turunun "Spiru" ilə görüşünü (68:78) dəyərləndirib.
Mediasport.az xəbər verir ki, "bayquşlar" məğlub olsa da, çalışdırıcı komandasının yaxşı mübarizə apardığını deyib:
"Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də, bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik".
Mütəxəssis "Sabah"ın itkilərindən də söz açıb:
"Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm".