"Neftçi" milli komandanın üzvünü transfer edib

"Neftçi" milli komandanın üzvünü transfer edib

"Neftçi" basketbol klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" türkəsilli Ulaş Can Turqutu transfer edib.

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, "Neftçi" ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.