"Bavariya" məğlub olub, PSJ inamlı qələbə qazanıb - Çempionlar Liqası

"Bavariya" məğlub olub, PSJ inamlı qələbə qazanıb - Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçirilib.

Mediasport.az xəbər verir ki, iddialılardan "Bavariya" İtaliya səfərindən əliboş qayıdıb.

Bu cütlərdə cavab matçları martın 5-də baş tutacaq.

Daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya) 1:0

Qol: İmmobile, 69-pen.

Baş hakim: Fransua Leteksye (Fransa).

Roma, “Stadio Olimpiko”.



PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0

Qollar: Mbappe, 58. Barkola, 71.

Baş hakim: Marko Quida (İtaliya).

Paris, “Park de Prens”.