Çempionlar Liqasında ilk turun ən yaxşı futbolçusu seçilib
Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, qalib adını "Portu"nun yarımmüdafiəçisi Qaleno qazanıb.
25 yaşlı braziliyalı azarkeşlər arasında keçirilən sorğuda Joau Feliş ("Barselona"), Martin Odeqar ("Arsenl") və Cud Bellingemi ("Real") qabaqlayıb.
"Sambaçı" Ukraynanın "Şaxtyor" klubu ilə görüşdə dubl edib - 3:1.