UEFA Çempionlar Liqasında 3-cü raundun bütün cütləri məlumdur
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Çempionlar yolunda 6, Liqa yolunda 4 cüt mübarizə aparacaq.
Azərbaycan çempionu “Qarabağ” Bolqarıstanın “Ludoqores” klubu ilə qarşılaşacaq.
Raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi
Çempionlar yolu
"Qarabağ" - "Ludoqores"
"Slovan" - APOEL
"Sparta" - "Styaua"
"Malmö" - PAOK
"Midtyulland" - "Ferensvaroş"
"Yagelloniya" - "Bude Qlimt"
Liqa yolu
“Slaviya” - “Yunion Sent Jiloa"
“Lill” - "Fənərbağça"
"Dinamo" Kiyev - “Reyncers”
“Zalsburq” - “Tvente”