UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib

UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib

UEFA Çempionlar Liqasında daha 2 yarımfinalçının adı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ötən həftə İngiltərədə "Arsenal"la bərabərə qalan "Bayern" doğma Münhendə minimal hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

1/4 finalın digər cütünün qalibini isə penaltilər seriyası müəyyən edib və dramatik onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid "Real"ı mərhələni adlayan tərəf olub.

Xatırladaq ki, digər yarımfinal duelində "Borussiya" (Dortmund) ilə PSJ qarşılaşacaq.


Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


"Bayern" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:0

Qol: Yozua Kimmix, 63.

Baş hakim: Denni Makkeli (Niderland).

"Alyans Arena", 23:00.

İlk oyun - 2:2.


"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 1:1 (penaltilər - 3:4 )

Qollar: Kevin de Brüyne, 76 - Rodriqo, 12.

Baş hakim: Daniele Orsato (İtaliya).

"Etihad" stadionu, 23:00.

İlk oyun - 3:3.