İranlı yarımmüdafiəçi yenidən bölgə klubunda oynayacaq

İranlı yarımmüdafiəçi yenidən bölgə klubunda oynayacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən 1-ci Liqa klubu “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi iranlı Mətin Qəhrəmanini transfer edib.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Matin 2022/2023-cü illər mövsümündə də Zaqatala klubunun formasını geyinib.