VİDEO: Yeni baş məşqçi debütdə böyükhesablı qələbəyə sevinib

VİDEO: Yeni baş məşqçi debütdə böyükhesablı qələbəyə sevinib

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun 3 matçı keçirilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə maraqlı nəticələr qeydə alınıb.

Bu tura qədər xal və qol üzünə həsrət olan "Araz Saatlı" yeni baş məşqçi Rüfət Quliyevin rəhbərliyi altında ilk qələbəsini 5 qolla qazanıb.

Çempionluğa iddialı "Karvan" evdə MOİK-ə böyük hesabla uduzub.

Qeyd edək ki, turun açılış qarşılaşması - "İmişli” – “İrəvan” görüşü ikincilərin meydana çıxmaması səbəbindən baş tutmayıb. "İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün matçı boykot ediblər.

Turun son görüşü bu gün baş tutacaq.


Azərbaycan 1-ci Liqası. 5-ci tur


Qaradağ Lökbatan – Zaqatala 2:1


Araz Saatlı – Difai Ağsu 5:2


Karvan – MOİK 0:3