Azərbaycan 1-ci Liqa təmsilçisi Avropa Klublar İttifaqına üzv olub

Azərbaycan 1-ci Liqa təmsilçisi Avropa Klublar İttifaqına üzv olub

“Şamaxı” futbol klubu Avropa Klublar İttifaqına (Union of European clubs, UEC) üzv olub.

Mediasport.az xəbər verir ki, UEC-nin məqsədi Avropa miqyasında futbol idarəçiliyində yeni səhifə açmaq və futbol klub elitasına daxil olmayan klubların mövqeyini qitəmizin ali futbol qurumu UEFA-ya və digər əlaqədar qurumlara daha təsirli şəkildə çatdırmaqdır.

UEC-nin üzv potensialı 1000-dən artıqdır və kütləvilik baxımından futbol sahəsində ən böyük qurumdur.

Qarşıdakı aylarda İttifaqın üzvlərinin ümumi yığıncağı baş tutacaq. Burada üzvlərin bir-birini tanıması, yeni inkişaf proqramının hazırlanması və bütün üzvlərin iştirakı ilə səsvermə yolu ilə yeni idarə heyətinin seçilməsi nəzərdə tutulur.

Azərbaycandan ilk klub olaraq, UEC-ə üzv olmağımız digər Avropa klubları ilə əməkdaşlığın güclənməsi və klubumuzun inkişaf strategiyasının daha da dayanıqlı və uzunmüddətli olmasına kömək edəcək.

Xatırladaq ki, bir müddət əvvəl UEC-nin təşkil etdiyi və Brüsseldə keçirilən Avropa Peşəkar Futbol Forumunda klubun İdarə heyətinin sədri Elçin Usub da iştirak edib.