Xetaq Karsanov yarımfinalda, dörd güləşçimiz mübarizəni dayandırdı

Xetaq Karsanov yarımfinalda, dörd güləşçimiz mübarizəni dayandırdı

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Bəşir Verdiyev (57 kq) ilk görüşündə braziliyalı Kaio Duartenyə uduzub (3:14).

Ayxan Abdullazadə (65 kq) 1/4 finalda iranlı Ali Mohamouda məğlub olub (6:9).

Ukraynalı Bohdan Olenyuk Ramik Heybətovu (70 kq) 2:3 hesabı ilə üstələyib.

Emin Qocayev (79 kq) 1/8 finalda Dimitri Lukaşuk ilə bacarmayıb (1:3).

Xetaq Karsanov (97 kq) öncə Aitenir Maksatovu (Qırğızıstan), sonra Rifat Ereni 2:1 məğlub edib və yarımfinala yüksəlib.