İbrahim Yusubov Dünya Seriyasında gümüş medal qazanıb
Azərbaycan idmançısı Fransada keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, İbrahim Yusubov finalda qrupda məğlub etdiyi moldovalı Trayan Kapatinya uduzaraq 2-ci yeri tutub.
Ramiz Həsənov (80 kq) A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələyib (1:1), fransalı Huqo Kuenoya 0:3 hesabı ilə məğlub olaraq medalsız qalıb.
İlk dəfə çimərlik yarışında iştirak edən Rəşid Babazadənin də debütü uğurlu alınmayıb. O, B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) uduzub.
Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.