DÇ-2023: Azərbaycan yığmalarının heyətləri açıqlanıb - SİYAHI
Sabah Albaniyanın paytaxtı Tiranada U-23-lər arasında güləş üzrə dünya çempionatı başlanacaq.
Mediasport.az xəvər verir ki, Azərbaycanı məsul yarışda ümumilikdə 25 idmançı təmsil edəcək.
Mundialda 9 sərbəst, 10 yunan-Roma və 6 qadın güləşçi medallar uğrunda mübarizə aparacaq.
DÇ-nin ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında sərbəst güləşçilər Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcəklər.
Daha sonra böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın başçılığı altında qadın güləşçilər Elnurə Məmmədova (50 kq), Əsmər Cankurtaran (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) çempionluq uğrunda yarışacaqlar.
Dünya çempionatının son günlərində yunan-Roma güləşçiləri Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar. Onlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyev rəhbərlik edəcəklər.
Sərbəst güləşdə İslam İlyasov (97 kq), qadın güləşində isə Gültəkin Şirinova (53 kq) zədə səbəbindən mundiala qatılmayacaqlar. Turnirdə I dərəcəli hakim İntiqam Alıyev ədaləti qoruyacaq.
Yarışa oktyabrın 29-da yekun vurulacaq.