Qadın güləş yığmamız Avropa çempionatında 5-ci yeri tutdu
Qadın güləşi üzrə U-23 Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında 5-ci yeri tutub.
mediasport.az xəbər verir ki, milli biri gümüş, ikisi bürünc olmaqla 3 mükafat qazanaraq ümumilikdə 78 xal toplayıb.
Birinci yeri Ukrayna komandası (158 xal), ikinci yeri Türkiyə (129), üçüncü yeri isə Rumıniya (123) komandaları tutub.
Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal qazanıb.