Azərbaycanın sərbəst güləşçiləri ilk gündə 9 medal qazandılar

  Azərbaycanın sərbəst güləşçiləri ilk gündə 9 medal qazandılar

Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında güləş yarışlarına start verilib.

Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın sərbəst güləşçiləri 9 medal qazanıblar.

Komandamız ilk gündə iki qızıl, bir gümüş və altı bürünc mükafat əldə edib.

Hüseyn Hüseynov (55 kq) və Həsən Həsənov (60 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Fərhad Süleymanlı (92 kq) gümüş, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kq), Rəşad Veysəlova, Nihad Abbasov (hər ikisi 71 kq), Nihad Süleymanlı (81 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar.