Avropa çempionatı: 3 güləşçimiz medal görüşünə çıxacaq
Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal görüşünə çıxacaq.
Mediasport.az xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq) finalda Kamil Abdulvahabovla (AİN) qarşılaşacaq.
Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə Yaqor Rudauski (AİN) ilə, Arseni Djioyev isə finlandiyalı Miko Elkalayla üz-üzə gələcək.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar.
Daha əvvəl yunan-Roma komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.
Qadın millimiz qitə çempionatının bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medalla başa vurub.