ŞOK! Dünya və Avropa çempionu başından atəş açaraq özünü öldürdü
Güllə atıcılığı üzrə Dünya və Avropa çempionu Xorxe Ballesteros intihar edib.
mediasport.az xəbər verir ki, 39 yaşlı idmançı yanvarən 10-da Madriddəki ticarət mərkəzlərindən birinin dayanacağında şəxsi avtomobilində özünü başından vurub.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. İlkin rəyə əsasən, atəş yaxın məsafədən açılıb və Ballesterosun özünü güllələdiyi təsdiqlənib.
Cüdo, karate, atletika, futzal, basketbol, fronton və stolüstü tennis də daxil bir çox idman növü ilə məşğul olmuş ispan 18 yaşında güllə atıcılığına keçib. Ölkə çempionu olmaqla İspaniya tarixinə ən gənc atıcı kimi düşüb. 2013-cü ildə Portuqaliyanın Barselo şəhərində iştirak etdiyi ilk Avropa birinciliyinin mütləq çempionu olub. 2016-cı ildə ikinci dəfə Avropa çempionu olan Ballesteros 2017-ci ildə Dünyanın ən güclüsü adını adını da qazanıb.