"Neftçi" Fransada finalda uduzdu - Dünya Qadınlar Seriyası

"Neftçi" Fransada finalda uduzdu - Dünya Qadınlar Seriyası

"Neftçi" Fransada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" finalda Niderland millisinə 16:21 hesabı ilə uduzublar.

Qeyd edək ki,  təmsilçimiz qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 finalda Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələyib.