"Qalatasaray" evdə qələbə qazandı, "Fənərbağça" səfərdə məğlub oldu

"Qalatasaray" evdə qələbə qazandı, "Fənərbağça" səfərdə məğlub oldu

UEFA Avropa Liqasının əsas mərhələsində 4-cü turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, "Qarabağ" Norveçdə "Budö Qlimt"i 2:1 hesabı ilə məğlub edib.

Türkiyə klublarından "Qalatasaray" təmsilçimizi ilk turda məğlub edən "Tottenhem"i üstələyib (3:2).

AZ - "Fənərbağça" duelində İstanbul nəhəngi məğlub olub (3:1).

"Köhlən atlar"ın digər rəqiblərindən "Olimpiakos" "Reyncers"lə (1:1), FKSB "Midtyulland"la (2:0), "Elfsborq" "Braqa" ilə (1:1), "Olimpik" (Lion) isə "Hoffenhaym"la (2:2) qarşılaşıb

Turnirin favoritlərindən "Mançester Yunayted" PAOK-la üz-üzə gəlib (2:0).

UEFA Avropa Liqası. Əsas mərhələ. 4-cü tur

"Budö Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) 1:2

"Union" (Belçika) - "Roma" (İtaliya) 1:1

"Olimpiakos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) 1:1

"Nitsa" (Fransa) - "Tvente" (Niderland) 2:2

"Ludoqorets" (Bolqarıstan) - "Atletik" (İspaniya) 1:2

"Qalatasaray" (Türkiyə) - "Tottenhem" (İngiltərə) 3:2

FKSB (Rumıniya) - "Midtyulland" (Danimarka) 2:0

"Elfsborq" (İsveç) - "Braqa" (Portuqaliya) 1:1

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Slaviya" (Çexiya) 1:0

"Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) 5:0

"Viktoriya" (Plzen, Çexiya) - "Real Sosyedad" (İspaniya) 2:1

"Hoffenhaym" (Almaniya) - "Olimpik" (Lion, Fransa) 2:2

RFŞ (Latviya) - "Anderlext" (Belçika) 1:1

"Mançester Yunayted" (İngiltərə) - PAOK (Yunanıstan) 2:0

"Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) 2:1

"Dinamo" (Kiyev, Ukrayna) - "Ferensvaroş" (Macarıstan) 0:4

AZ (Niderland) - "Fənərbağça" (Türkiyə) 3:1