Final seriyası "Sabah"ın qələbəsi ilə başladı - Azərbaycan Basketbol Liqası

Final seriyası "Sabah"ın qələbəsi ilə başladı - Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu keçirilib.

mediasport.az xəbər verir ki, ilk görüş "Sabah" basketbolçularının qələbəsilə başa çatıb - 71:69.

Ən məhsuldar basketbolçular "Sabah" Entoni Patti (12 xal, 12 ribaund), "Gəncə"dən Kollin Törner (17 xal, 11 asist) olublar.

Final seriyasının ikinci dueli sabah saat 19:30-da oynanılacaq. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.