Debütant NTD ilə bacarmayıb

Debütant NTD ilə bacarmayıb

Yeni mövsümün hazırlıqlarını davam etdirən Azərbaycan basketbol klubları yoxlama matçında qüvvələrini sınayıblar.

Mediasport.az xəbər verir ki, yeni yaradılmış "Xəzri" NTD ilə qarşılaşıb.

Görüş daha təcrübəli NTD-nin 70:59 hesablı qələbəsi ilə başa çatıb. Hər iki komanda bu görüşdə yeni basketbolçularını sınaqdan keçirib.

Qeyd edək ki, "Xəzri" start götürəcək mövsüm ABL-də debüt edəcək.