"İsveçdə daha hiyləgər, gücümüzü də düzgün bölüşdürərək oynadıq"
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun 6-cı turunun "Norrçöppinq Dolfins"lə görüşü (83:75) haqda fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, litvalı çalışdırıcı qrup mərhələsinin sonuncu qarşılaşması haqda bunları söyləyib:
"İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 oyunda təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü də düzgün bölüşdürərək oynadıq. Bu oyunda komandada irəliləyiş gördüm. Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik. Növbəti mövsüm daha güclü olacağıq!"
Xatırladaq ki, təmsilçimiz turnirdə ilk qələbəsini sonuncu turda - İsveç səfərində əldə edib.