"Sabah" final seriyasında önə çıxdı
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
mediasport.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları növbəti dəfə “Sərhədçi” İdman Mərkəzində qarşılaşıblar.
Gəncə təmsilçisini 93:90 hesabı ilə məğlub edən paytaxt klubu seriyada önə keçib - 2:1. İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.