UEFA Türkiyə milli komandasının 26 yaşlı futbolçusunu cəzalandırıb
UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demiralı cəzalandırıb.
Mediasport.az xəbər verir ki, buna səbəb Demiralın 1/8 final mərhələsinin Avstriya ilə oyununda (2:1) vurduğu qoldan sonra "bozqurd" işarəsi göstərməsi olub.
26 yaşlı futbolçuya 2 oyunluq cəza verilib. Türkiyə yığması 6 iyul tarixində Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla üz-üzə gələcək.