Finalçılar müəyyənləşib: Milli üzvləri sürprizə imkan verməyiblər

Finalçılar müəyyənləşib: Milli üzvləri sürprizə imkan verməyiblər

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 41 komandadan 167 idmançının qatıldığı yarışın beşinci günündə yarımfinal görüşləri baş tutub.

13 çəki dərəcəsində 26 boksçu finala yüksəlib. Yığmanın əsas heyət üzvləri də həlledici döyüşlərə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Final döyüşləri bu gün keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək.


Azərbaycan çempionatı. Yarımfinal


48 kq

Qardaşxan Həsənov (Ağcabədi) – Tural Sarıyev (“Neftçi” İK) 0:5

Həsən Məlikov (“Neftçi” İK) – Yusif Soltanov (“Qara papaq” İK) – birinci qalib gəlib.

51 kq

Əli Fətullayev (Şamaxı-Uğur K) – Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) 0:5

Yadigar Əliyev (“Səbail” İK) – Məsud Yusifzadə (BFL) 0:5

54 kq

Ruslan Qədirov (MİK) – Nihat Abdullayev (“Qızıl əlcək” İK) 5:0

Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – Mirzağa Hüseynli (“Cənub” İK) 5:0

57 kq

Kamil Babayev (METE) – Şamil Əsgərov (“Neftçi” İK) – birinci qalib gəlib

Ümid Rüstəmov (DİN İC) – Emil Quliyev (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib.

60 kq

Maqsud Xasmetov (“Neftçi” İK) – Aslan Quliyev (Z-1 İK) 5:0

Elbrus Adıgözəlov (“Qəbələ” İK) – Fərid Sadıqov (“Neftçi” İK) 5:0

63,5 kq

Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) 4:1

Heybətulla Hacıəliyev (BFL) – Tayfur Əliyev (MİK) 0:4

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – İlqar Salahov (Qəbələ) 5:0

Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Pərviz Quliyev (Ağcabədi) – birinci tam üstünlüklə qalib gəlib.

71 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Nicat Məmmədov (“Qızıl əlcək” İK) 5:0

Elnur Abdullazadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) 0:5

75 kq

Novruzəli Quliyev (MİK) – Rasim Çobanlı (MİK) 0:5

Elnur Süleymanov (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) 2:3

80 kq

Devid Oloboye (Naxçıvan MR) – Fəqan Məmmədov (AzTU) 0:5

Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Cabbar İsmayılov (Sumqayıt) 5:0

86 kq

Seyid Seyidov (“Qızıl əlcək” İK) – Vətən Hüseynli (DİN İC) 5:0

Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib.

92 kq

Rauf Rəhimov (“Neftçi” İK) – Rüfət Nəbiyev (DİN İC) 5:0

Tural Həsənov (“Qızıl əlcək” İK) – Mirxəyal Məmmədov (Gəncə) 3:2

+92 kq

İsa Sulxayev (Zaqatala) – Pərviz Rəsulov (“Zərbə” BK) – birinci döyüşə gəlməyib.

İsmayıl Yaqubov (“Səbail” İK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib.