Anaxanım İsmayılova AÇ-nin yarımfinalında: Ən azı bürünc medal

Anaxanım İsmayılova AÇ-nin yarımfinalında: Ən azı bürünc medal

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri davam edir.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Anaxanım İsmayılova (50 kq) çıxıb.

Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.

İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. O, final yolunda irlandiyalı Katlin Frayerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də keçiriləcək.