Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
Bu gün Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.
Mediasport.az xəbər verir ki, 10 gün davam edəcək qitə çempionatında Azərbaycan 11 idmançı ilə təmsil olunacaq.
Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), İbrahim Zeynalov (63,5 kq), Abbasqulu Şadlinski (67 kq), Ziya Həsənov (71 kq), Lalə Mədətova (48 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayeva (66 kq) qüvvələrini sınayacaqlar.
Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir.
Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev referilər sırasında yer alacaq.
Yarışa 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçu qatılacaq.