Rauf Məmmədov Monteneqroda Dünya Kubokuna vəsiqə qazandı
Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb.
Mediasport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster bu hüquqa Monteneqronun Petrovaç şəhərində keçirilən Avropa çempionatında yiyələnib.
Məmmədov yarışın son turunda Momçil Petkov (Bolqarıstan)üzərində qələbə qazanaraq aktivindəki xalını 7,5-ə yüksəlib.
Yarışda 14-cü yer təmsilçimizə Dünya Kubokuna vəsiqə verib, digər şahmatçlarımız “20-lik”dən kənarda qalıblar.
Məhəmməd Muradlı da çempionatı 7,5 xalla bitirib. Lakin o, əlavə göstəricilərə görə 22-ci pilləni tutub və Dünya kubokuna vəsiqə əldə edə bilməyib.
Qitə birinciliyində Azərbaycanı 22 şahmatçı təmsil edib.
Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub.