Əliyar Ağayev Kiprə yollanıb
Kiprdə UEFA-nın beynəlxalq dərəcəli hakimlər üçün nəzərdə tutulan ənənəvi seminarı keçirilir.
Mediasport.az xəbər verir ki, hər ilin əvvəlində təşkil olunan tədbirdə Azərbaycanın FIFA referisi Əliyar Ağayev də iştirak edir.
Seminara elit, II kateqoriya və VAR hakimləri dəvət olunublar. Tədbirə ümumilikdə 70-ə yaxın ədalət təmsilçisi qatılıb.
Qeyd edək ki, seminar fevralın 1-dək davam edəcək.