AVF rəsmisinə növbəti təyinat

  AVF rəsmisinə növbəti təyinat

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.

Mediasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 4-cü raundunda E qrupunun "C.S.O. Voluntari 2005" (Rumıniya) və "BKS Bostik ZGO Byelsko-Byala" (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Noyabrın 13-də Rumıniyada baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.