Gəncə klubu "Sabah"a Azərbaycan çempionu olmağa imkan vermədi
Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.
mediasport.az xəbər verir ki, bu qarşılaşmadan sonra çempionatın qalibi müəyyənləşməyib.
Ümumi hesabda "Gəncə"dən üstün olan (2:1) "Sabah" növbəti dəfə qələbə qazansaydı, çempionluğu bayram edəcəkdi. Lakin əzmkarlıq göstərən qərb təmsilçisi "Sərhədçi"dəki 4-cü matçda 93:90 hesabı ilə qalib gələrək ümumi nəticəni bərabərləşdirib - 2:2.
Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da oynanılacaq.