İdmançılarımız MMA və kikboksinq üzrə beynəlxalq yarışda qalib gəlib

İdmançılarımız MMA və kikboksinq üzrə beynəlxalq yarışda qalib gəlib

Gürcüstanın Batumi şəhərində "Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

Mediasport.az xəbər verir ki, gecədə altı kikboksinq, iki MMA döyüşü baş tutub.

Yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistan təmsilçiləri də iştirak ediblər.

MMA döyüşündə 68 kq çəki dərəcəsində yarışan Yusif Qasımov qazaxıstanlı Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.

Gecənin əsas döyüşündə Alim Nəbiyev uqandalı Umar Sematanı məğlub edib.

Kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionumuz beləliklə, keçirdiyi 64-cü döyüşdə 56-cı qələbəsini qazanıb.