Yığmamız gürcülərə qalib gəldi

Yığmamız gürcülərə qalib gəldi

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək basketbolçulardan ibarət milli komandamız növbəti yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, yığmamız yerli “Akademiya" komandası qarşılaşıb.

Tahir Baxşıyevin baş məşqçisi olduğu komandamız parketdən 74:50 hesablı qələbə ilə ayrılıblar. Təlim-məşq toplanışı martın 17-dək davam edəcək.