Dünya Seriyası: Qubada yarışacaq komandaların adları məlum olub

  Dünya Seriyası: Qubada yarışacaq komandaların adları məlum olub

Qubada keçiriləcək qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının növbəti mərhələsində yarışacaq komandalar bəlli olub.

Mediasport.az xəbər verir ki, yarışda 8 komanda iştirak edəcək.

Quba mərhələsində Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, "Düsseldorf Zoos" (Almaniya), "Czechia" (Çexiya) və ölkəmizi təmsil edəcək "Baku Flames" klubları güclərini yoxlayacaqlar.

Yarış iyunun 20-21-də olacaq.