"Neftçi" 4 legionerini yola saldı
"Neftçi" basketbol komandası bir neçə legioneri ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-dən olan 4 əcnəbi ilə vidalaşıb.
Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə müqavilələrinə xitam verilib.
Qeyd edək ki, Bakı klubu daha əvvəl baş məşqçisi Anar Sarıyevlə də əməkdaşlığı dayandırıb.