Britaniyalı diplomat "Qarabağ"ı dünyaya nümunə göstərdi

Britaniyalı diplomat "Qarabağ"ı dünyaya nümunə  göstərdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fergus Old “Qarabağ” Futbol Klubunun Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində reallaşan Avropa klubları ilə birgə alyansının yaradılması barədə paylaşım edib.

Mediasport.az xəbər verir ki, mötəbər tədbirdə reallaşan təşəbbüsə qatılan diplomat yeni yaradılan birliyin dünya futbolu üçün yaxşı nümunə olduğuna diqqət çəkib.

Xatırladaq ki, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının təklifi ilə yaradılan alyansa ilk olaraq dünya nəhəngləri - "Liverpul" və "Tottenhem" (hər ikisi İngiltərə), “Atletiko” və "Betis" (hər ikisi İspaniya), "Qalatasaray" və “Fənərbağça” (hər ikisi Türkiyə), "Portu" (Portuqaliya), "Udineze" (İtaliya), “Flamenqu” (Braziliya) və “Malmö” (İsveç) klubları qoşulublar.