Heydər Əliyevin xatirə turnirinin vaxtı açıqlandı

Heydər Əliyevin xatirə turnirinin vaxtı açıqlandı

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.

mediasport.az xəbər verir ki, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.