Azərbaycan çempionatında iki əcnəbi hakim idarəçilik edəcək

Azərbaycan çempionatında iki əcnəbi hakim idarəçilik edəcək

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Daha sonra Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O, bildirib ki, son yarışla müqayisədə həm iştirakçı, həm də komanda sayında artım var.

Hüseynov birinciliyə döyüşlərin daha obyektiv və ədalətli keçirilməsi üçün ölkə xaricindən supervayzer və İBA-nın 3 ulduzlu 2 hakiminin dəvət edildiyini qeyd edib.

Azərbaycan himni səsləndirildikdən sonra yarış açıq elan olunub.