Azərbaycanın daha bir boksçusu olimpiadaya lisenziya qazanıb
Azərbaycan boksçusu Alfonso Dominges Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, (92 kq) dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
Kubalı legionerimiz 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə üz-üzə gəlib. Dominges rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Nəticədə boks üzrə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq.
Daha əvvəl Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris olimpiadasına vəsiqəyə yiyələnib.