Avropa çempionatı: 6 idmançımız başladı, yalnız Dadaşov 3-cü oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Azərbaycan millisinin 6 taekvondoçusu dayanq üzərinə çıxıb. Səyyad Dadaşov yığmamıza ilk medalı qazandırıb.
54 kq çəkidə çıxış edən idmançımız finalın bir addımlığında büdrəyərək bürünc mükafatla kifayətlənib.
Eyni çəkidə çıxış edən Rahid Vəliyev və 74 kq-da Elcan Əliyev 1/32 finalda, Hüseyn Xudiyev 1/16 finalda, Nicat İsmayılzadə (hər ikisi 74 kq) 1/8 finalda dayanıb.
57 kq şəkidə yarışan Leyla Bəşirova 1/16 final səddini adlaya bilməyib.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 oğlan və 8 qız taekvondoçu ilə yollanıb.