2 boksçumuz Rusiyada yarımfinala çıxmaqla azı bürünc medalı təmin etdi
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 71 kq çəkidə çıxış edən boksçumuz Şəmsi Şahbazov tacikistanlı boksçu Abduahad Babaevi məğlub edərək yarımfinala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, bununla da həmyerlimiz ən azı bürünc medalı təmin edib.
Yarımfinal görüşlərinə avqustun 22-də start veriləcək. Qeyd edək ki, 54 kq çəkidə çıxış edən boksçumuz Nicat Hüseynov da yarımfinala yüksəlib.
Avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.