“Kəndimə gəl!” layihəsi - FOTOLAR
Ucqar kənd məktəblərində təhsil alan şagirdlər üçün Respublika Uşaq Sağlamlıq və İstirahət Mərkəzində “Kəndimə gəl!” düşərgəsi keçirilib.
Mediasport.az xəbər verir ki, 6 fərqli bölgənin ucqar kənd məktəblərində təhsil alan şagirdlər 5 gün ərzində “İxtisas seçimi”, “Gələcəyin peşə və bacarıqları”, “Bizi dəyərli edən nədir?”, “Ünsiyyət bacarıqları”, “Motivasiya, yoxsa disiplin?” kimi mövzularda keçirilən təlimlərdə iştirak ediblər.
Eyni zamanda onların Bakının tarixi məkanlarına səfəri təşkil edilib, açıq hava oyunları, ustad dərsləri və panel müzakirələri təşkil edilib.
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, “İrşad” şirkətinin dəstəyi ilə baş tutan layihənin bağlanış günündə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov iştirak ediblər.
Tədbirdə “Kəndimə gəl!” layihəsi çərçivəsində görülən işlərlə bağlı təqdimat edilib.
Daha sonra şagirdlər müxtəlif rəqs və musiqi nömrələri təqdim ediblər, onlara sertifikatlar və hədiyyələr təqdim edilib.