AFFA-nın keçirdiyi minifutbol turnirində 1/4 finalçılar məlumdur
AFFA-nın təşkilatçılığı, FİFA, UEFA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turniri davam edir.
Mediasport.az xəbər verir ki, turnirdə 1/4 finalçılar müəyyənləşib.
Bakı Avropa Liseyi, 115, 159 və 171 nömrəli tam orta məktəblərin minifutbol meydançalarında təşkil edilən turnirin 1/8 final mərhələsinin oyunları keçirilib.
Qalib gələn komandalar 1/4 finala vəsiqə qazanıblar.
171 nömrəli məktəb - 242 nömrəli məktəb 3:0
251 nömrəli məktəb - 229 nömrəli məktəb 2:11
236 nömrəli məktəb - 90 nömrəli məktəb 3:5
Ankara Liseyi - 18 nömrəli məktəb 9:4
Avropa Liseyi - 20 nömrəli məktəb 5:2
115 nömrəli məktəb - 238 nömrəli məktəb 6:3
2 saylı internat - 276 nömrəli məktəb 6:7
Qeyd: 1/8 final mərhələsinin bir oyunu baş tutmayıb. Rəqibinin turnirdə iştirakdan imtina etməsi səbəbindən 189-190 nömrəli məktəb birbaşa 1/4 finala yüksəlib.