"Neftçi"nin yetirməsi karyerasını "Xankəndi"də davam etdirəcək
"Neftçi" klubunun yetirməsi Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş futbolçu "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.
O, Azərbaycanın minifutbol üzrə U-23 millisinin üzvüdür.