“Qarabağ” yeniyetmə məhkumlarla yoldaşlıq oyunu keçirib - FOTOLAR
8 noyabr - Zəfər Günü və Şuşa şəhəri günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə keçirilən yoldaşlıq oyunu “Qarabağ” futbol klubunun 15 yaşlılardan ibarət komandası (Qarabağ-U15) ilə yeniyetmə məhkumlardan ibarət futbol komandası arasında təşkil olunub.
Penitensiar xidmətin rəis müavini Orxan Qasımov, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Qarabağ” futbol klubunun baş direktoru Emrah Çelikel, eləcə də iştirak edən qurumların digər məsul şəxslər bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi Penitensiar xidməti Dövlət qurumları ilə birlikdə uğurlu layihələr həyata keçirir.
Oyundan sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və “Qarabağ” futbol klubunun nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.