"Sportinq"də oynamış azərbaycanlı Region Liqasında çıxış edəcək
Azərbaycan milli komandasının sabiq futbolçusu, vaxtilə "Sportinq B"də (Portuqaliya) oynamış Budaq Nəsirovun yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Region Liqasında çıxış edəcək "Naftalan"da oynayacaq.
Nəsirov daha əvvəl "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz", "Karvan" klublarında da forma geyinib.