"Kəpəz" üçün YENİ TƏRƏFDAŞ

"Kəpəz" üçün YENİ TƏRƏFDAŞ

Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” Peşəkar Futbol Klubu və “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Mediasport.az xəbər verir ki, “Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıblar.

Müqaviləyə əsasən, “Babir” brendi “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək.